Paraqvay Prezidenti Santyaqo Pena istefa verib

Dünya xəbərləri Xəbər 5 Noyabr 2026 22:35 (UTC +04:00)
Müzəffər İbrahimov
Müzəffər İbrahimov
Bütün xəbərlər

Bakı. Trend:

Paraqvay Prezidenti Santyaqo Pena Ueno Bankının müflisləşməsi və bunun nəticəsində təxminən 3 milyon müştərinin hesablarının dondurulmasından sonra istefa verdiyini açıqlayıb.

Santyaqo Pena bu barədə xalqa müraciəti zamanı məlumat verib.

O, çıxışında ölkənin sabitliyini, sosial sülhü və demokratik institutların qorunmasını əsas gətirərək dövlət başçısı vəzifəsindən istefa vermək qərarına gəldiyini qeyd edib.

Pena həmçinin ölkə vətəndaşlarından üzr istəyib və əsas prioritetinin maliyyə sisteminə əmanət qoyan paraqvaylıların vəsaitlərinin geri qaytarılmasını təmin etmək olduğunu vurğulayıb.

"Bu gün mənim yalnız bir prioritetim var: əmanətlərini maliyyə sistemimizə etibar edən paraqvaylıların rahatlığı. Əsas istəyim bu vəsaitlərin qaytarılmasının təmin edilməsi, Əmanət Zəmanəti Fondunun öz missiyasını yerinə yetirməsi və bütün paraqvaylılara məxsus dövlət vəsaitlərinin və resurslarının qorunmasıdır", - deyə o əlavə edib.

Qeyd edək ki, Paraqvay Konstitusiyasına əsasən, dövlət başçısının istefası halında onun səlahiyyətlərini vitse-prezident icra etməlidir.

Xəbər lenti

Xəbər lenti