Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Ukrayna ilə bağlı genişmiqyaslı razılaşmanın əldə olunacağını bildirib.
Donald Tramp açıqlamasında razılaşmanın yalnız Ukraynanı deyil, Avropanın digər ölkələrini də əhatə edə biləcəyini qeyd edib.
“Razılaşma olacaq. Bu, böyük bir razılaşma olacaq və təkcə Ukraynanı əhatə etməyəcək. Hətta deyə bilərəm ki, bütün Avropanı da əhatə edə bilər. Bu, böyük və möhtəşəm bir razılaşma olacaq. Hər kəs bundan məmnun qalacaq”, – deyə ABŞ lideri vurğulayıb.
