Bakı. Trend:
Yeni Zelandiyanın Şimal adasının cənub-şərq sahillərində 50 pilot balina sahilə çıxıb.
Pilot balinalar səhər tezdən aşkar edilib. Onların demək olar ki, hamısı ölü olub.
Xilasedicilər balinalardan yalnız ikisini yenidən dənizə qaytara biliblər.
Dəniz məməlilərinin kütləvi şəkildə sahilə çıxmasının səbəbi hələlik məlum deyil.
Qeyd edək ki, pilot balinalar (Globicephala) delfinkimilər fəsiləsinə aid dəniz məməliləridir. Onların uzunüzgəc və qısauzgəc olmaqla iki növü mövcuddur. Bu növləri dənizdə xarici görünüşünə görə fərqləndirmək çətindir. Onların dəqiq müəyyənləşdirilməsi üçün ən etibarlı üsullardan biri kəllə sümüklərinin təhlilidir.
