“Bavariya” “Portu”nun futbolçusu Oskar Petuşevski ilə maraqlanır

İdman Xəbər 6 Noyabr 2026 05:35 (UTC +04:00)
Müzəffər İbrahimov
Müzəffər İbrahimov
Bütün xəbərlər

Bakı. Trend:

Münhen klubu “Portu”nun sol cinah hücumçusu Oskar Petuşevskini gələn yay transfer etməyi nəzərdən keçirir.

“Bavariya” 18 yaşlı futbolçunu Luis Diasın əvəzləyicisi ola biləcək perspektivli oyunçu kimi qiymətləndirir. Bununla yanaşı, Almaniya klubunun transfer hədəfləri siyahısında digər futbolçular da yer alır.

Polşa millisinin üzvü “Bavariya”nın idman direktoru Maks Eberlinin də diqqətini cəlb edib. Tərəflər arasında artıq ilkin təmaslar baş tutub.

Qeyd edək ki, Petuşevskinin müqaviləsində nəzərdə tutulan sərbəstqalma məbləği 60 milyon avrodur. O, Portuqaliya çempionatının cari mövsümündə iki oyunda meydana çıxıb və bir qol vurub.

Xəbər lenti

Xəbər lenti