Tramp ABŞ fond bazarındakı ucuzlaşmanı ara seçkilərin nəticələri ilə əlaqələndirib

Dünya xəbərləri Xəbər 6 Noyabr 2026 04:53 (UTC +04:00)
Tramp ABŞ fond bazarındakı ucuzlaşmanı ara seçkilərin nəticələri ilə əlaqələndirib
Müzəffər İbrahimov
Müzəffər İbrahimov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp ölkənin əsas fond bazarlarında səhmlərin qiymətinin düşməsinin Demokratlar Partiyasının Konqresə nəzarəti ələ keçirəcəyi ABŞ ara seçkilərinin nəticələri ilə bağlı olduğunu bildirib.

Donald Tramp bu barədə "Truth Social" sosial şəbəkəsindəki paylaşımında fikirlərini bölüşüb.

"Seçkilərin nəticələrinə görə fond bazarı tarixinin ən pis günlərindən birini yaşadı. Bunu görmək çox kədərlidir! Bizi əvvəllər heç kimin görmədiyi səviyyəyə çatdırmaq üçün çox böyük səylər göstərildi və indi isə belə bir vəziyyət yaranıb", - deyə o yazıb.

Qeyd edək ki, noyabrın 3-də ABŞ-də ara seçkilər keçirilib. Seçkilərdə amerikalılar Senatın 100 üzvündən 35-ni, Nümayəndələr Palatasının isə bütün 435 üzvünü seçiblər. Bundan əlavə, 36 ştatda qubernator seçkiləri keçirilib.

Çərşənbə və cümə axşamı günləri ABŞ-də, eləcə də bir sıra digər ölkələrdə bir çox aparıcı şirkətlərin səhmlərinin qiymətində əhəmiyyətli azalma qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti