MDB-nin keçmiş üzvü Rusiya və Belarusa viza tətbiq edə bilər

Dünya xəbərləri Xəbər 6 Noyabr 2026 15:06 (UTC +04:00)
MDB-nin keçmiş üzvü Rusiya və Belarusa viza tətbiq edə bilər
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Moldova Avropa İttifaqına üzvlük prosesi bunu tələb edəcəyi təqdirdə Rusiya, Çin və Belarus vətəndaşları üçün viza rejimi tətbiq edə bilər.

"Vedomosti"nin məlumatına görə, bu barədə ölkənin Baş naziri Vasili Tofan bildirib.

“Biz Avropa yolunda irəliləmək istəyirik. Konkret müddətləri açıqlamağa hazır deyiləm. Əgər Avropa İttifaqının qaydaları bunu tələb edirsə, hesab edirəm ki, inteqrasiya prosesində irəliləməyimizə imkan verəcək qərarlar qəbul etməliyik”, – deyə baş nazir bildirib.

Noyabrın 5-də Moldova Avropa İttifaqından birliyə üzvlüyə namizəd ölkələrin qiymətləndirilməsinə dair hesabat alıb. Sənəddə qeyd olunur ki, üzvlüyə namizəd ölkələr viza siyasətlərini Avropa İttifaqının qüvvədə olan normalarına uyğunlaşdırmalıdırlar.

Moldova 2022-ci ilin iyununda Avropa İttifaqına üzvlüyə namizəd statusu alıb. 2024-cü ilin iyununda isə Aİ ölkənin birliyə qoşulması ilə bağlı Moldova ilə rəsmi danışıqlara başlayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti