Hörmüz boğazında iki neft tankerində yanğın baş verib – SEPAH

Dünya xəbərləri Xəbər 6 Noyabr 2026 11:50 (UTC +04:00)
Hörmüz boğazında iki neft tankerində yanğın baş verib – SEPAH
Elnur Bağışov
Elnur Bağışov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

Hörmüz boğazında minalara düşməsi nəticəsində iki neft tankerində yanğın baş verib və tankerlərin hərəkəti dayanıb.

Bu, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qoşunlarının məlumatında öz əksini tapıb.

“Bir neft tankeri Hörmüz boğazının şərq ətrafında, başqa bir neft tankeri isə boğazın özündə minaya düşüb. Nəticədə hər iki tankerdə yanğın baş verib və tankerlər hərəkətini dayandırıb. Hər iki tanker qeyri-qanuni marşrutlardan istifadə etməyə cəhd edib”, -deyə məlumatda qeyd olunub.

SEPAH bildirir ki, sözügedən iki neft tankeri GPS sistemlərini söndürüb və ABŞ ordusunun dəstəyi ilə Hörmüz boğazının qeyri-qanuni marşrutundan keçməyə çalışıb.

“Hörmüz boğazı İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qoşunları tərəfindən bağlanılıb. İranın 7 şərti reallaşmayana qədər dəyişiklik yaranmayacaq. Neft tankerlərinin qeyri-qanuni marşrutlardan və minalarla dolu yollardan istifadə etməsi isə heç bir nailiyyət qazandırmayacaq”, -deyə məlumatda qeyd olunur.

Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb. Konflikt nəticəsində Hörmüz boğazında dəniz ticarəti iflic vəziyyətə düşüb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti