Gəncə. Trend:
Gəncədə Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumu keçirilir.
Trend-in Qarabağ bürosunun məlumatına görə, forum QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı, “Prioritet” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin tərəfdaşlığı ilə təşkil olunub.
“Şəhərsalma və Memarlıq İli”nə həsr olunan tədbirdə 400-dən çox vətəndaş cəmiyyəti təmsilçisi iştirak edir.
Forum çərçivəsində “QHT-lərin sosial media, rəqəmsallaşma və süni intellekt bacarıqları”, “Azərbaycan QHT-ləri milli maraqların keşiyində” və “WUF13 irsi QHT təşəbbüslərində” mövzularında panel müzakirələri keçirilir.
Qeyd edək ki, forumdan əvvəl, noyabrın 5-də tədbir iştirakçıları Nizami Gəncəvinin məqbərəsini ziyarət edib, Gəncə Memorial Kompleksi ilə tanış olublar.
Həmin gün, həmçinin mina qurbanları arasında amputant futbol oyunu keçirilib və QHT Agentliyinin donorluğu ilə “Azərbaycan Jurnalistlər Şəbəkəsi” tərəfindən istehsal olunan “Sabaha doğru” sənədli filmi təqdim edilib.
Xəbər yenilənəcək
