Bakı. Trend:
Təmir işləri ilə əlaqədar noyabrın 6-da Bakının Yasamal və Nizami rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.
Bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Bildirilib ki, abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə Yasamal və Nizami Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) xidmət ərazilərində yerləşən bir sıra transformator məntəqələrində (TM) təmir işləri aparılacaq.
Belə ki, Yasamal rayonunda saat 10:00-dan 13:00-dək Mikayıl Müşfiq və Şəfayət Mehdiyev küçələrinin bir hissəsində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.
Nizami rayonunda isə Əli Vəliyev küçəsi, 16 ünvanında saat 10:00-dan 14:00-dək elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Qeyd olunub ki, görülən işlər elektrik enerjisinin verilişinin keyfiyyətinin artırılmasına və artan yük tələbatının qarşılanmasına xidmət edəcək.
