Yasamalda yeraltı dayanacaqdan çıxan avtomobil qadını vuraraq öldürüb

Hadisə Xəbər 6 Noyabr 2026 09:42 (UTC +04:00)
Yasamalda yeraltı dayanacaqdan çıxan avtomobil qadını vuraraq öldürüb
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

Bakının Yasamal rayonunda avtomobilin vurduğu qadın xəstəxanada ölüb.

Trend-in məlumatına görə, hadisə noyabrın 5-də saat 18:30 radələrində Naxçıvani küçəsi, ev 15 ünvanında yerləşən hündürmərtəbəli binanın yeraltı dayanacağının çıxışında baş verib.

Belə ki, 1958-ci il təvəllüdlü bina sakini Həsən Seyidbəyov idarə etdiyi “Mitsubishi Outlander” markalı avtomobillə dayanacaqdan çıxarkən 1955-ci il təvəllüdlü Esmira Sadıqovanı vurub. Qadın aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti