Fələstin Azərbaycanın etdiyi yaxşılıqları sadaladı

Gündəm Xəbər 6 Noyabr 2026 11:52 (UTC +04:00)
Fələstin Azərbaycanın etdiyi yaxşılıqları sadaladı
Aysel Məmmədli
Aysel Məmmədli
Redaktor Bütün xəbərlər

Bakı. Trend:

Fələstin Dövləti Azərbaycana siyasi, humanitar, təhsil və mədəniyyət sahələrində göstərdiyi dəstəyə görə təşəkkür edib.

Fələstin Dövlətinin Azərbaycandakı səfirliyinin yaydığı bəyanatda bildirilib ki, Azərbaycan beynəlxalq platformalarda Fələstinin dövlətçilik hüququnu və paytaxtı Şərqi Qüds olan müstəqil dövlət yaradılmasını dəstəkləyir.

Qeyd olunub ki, 2025-ci ilin sentyabrında Qəzza zolağından 14 fələstinli tələbənin təhsilini davam etdirmək üçün Azərbaycana təxliyəsi təşkil edilib. Hazırda Azərbaycanda 37 fələstinli tələbə təhsil alır, onlardan 23-ü Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı proqramının iştirakçısıdır.

Bundan başqa, 2026-cı ilin iyulunda Fələstin Baş naziri Məhəmməd Mustafanın Azərbaycana səfəri zamanı Prezident İlham Əliyev paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin yaradılmasına dəstəyi bir daha təsdiqləyib.

Səfirlik, həmçinin Azərbaycanın Fələstinin Azərbaycandakı diplomatik nümayəndəliyinə maliyyə yardımı göstərməsini, Fələstin nümayəndə heyətlərinin beynəlxalq tədbirlərdə iştirakına verdiyi dəstəyi və təhsil, səhiyyə sahələrində əməkdaşlığı yüksək qiymətləndirib.

Fələstin Dövlətinin Səfirliyi Prezident İlham Əliyevə, Azərbaycan hökumətinə və xalqına göstərilən dəstəyə görə dərin minnətdarlığını ifadə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti