İrkutska uçan təyyarə qəza enişi edib

Dünya xəbərləri Xəbər 6 Noyabr 2026 12:18 (UTC +04:00)
İrkutska uçan təyyarə qəza enişi edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Rusiyanın “İrAero” aviaşirkətinə məxsus təyyarə mühərrikində yaranan nasazlıq səbəbindən İrkutsk hava limanında qəza enişi edib.

Bu barədə Şərqi Sibir Nəqliyyat Prokurorluğu “Telegram” kanalında məlumat yayıb.

Bildirilib ki, təyyarə noyabrın 6-da Talakan – İrkutsk marşrutu üzrə uçuş həyata keçirib. Təyinat hava limanında sağ mühərrikində yaranan problemə baxmayaraq, təyyarə təhlükəsiz şəkildə eniş edə bilib.

Qurumdan qeyd edilib ki, hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb, dağıntı qeydə alınmayıb. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti