İran ordusu ABŞ-yə məxsus "MQ-9" PUA-sını vurub - KİV

Dünya xəbərləri Xəbər 7 Noyabr 2026 04:22 (UTC +04:00)
İran ordusu ABŞ-yə məxsus "MQ-9" PUA-sını vurub - KİV

Bakı. Trend:

İran Silahlı Qüvvələri ölkənin cənubunda, Keşm adası üzərində ABŞ-yə məxsus "MQ-9" pilotsuz uçuş aparatını (PUA) ələ keçirərək vurub.

Bu barədə Tasnim agentliyi mənbəyə istinadən məlumat yayıb.

“Bir neçə dəqiqə əvvəl ABŞ-ın təcavüzkarına məxsus düşmən MQ-9 pilotsuz uçuş aparatı ölkənin vahid hava hücumundan müdafiə sistemi çərçivəsində ordunun müasir hava hücumundan müdafiə sistemlərinin atəşi ilə Keşm adasının səmasında vurularaq məhv edilib”, – deyə agentlik ordunun bəyanatından sitat gətirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti