Fransada repressiyalar - 642 nəfər saxlanılıb

Dünya xəbərləri Xəbər 6 Noyabr 2026 16:48 (UTC +04:00)
Fransada repressiyalar - 642 nəfər saxlanılıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Fransız hüquq-mühafizə orqanları noyabrın 5-də ölkə üzrə keçirilən ümummilli etiraz aksiyaları zamanı 642 nəfəri saxlayıb.

Bu barədə “Le Figaro” Fransanın Daxili İşlər Nazirliyinin məlumatlarına istinadən xəbər verir.

Bir gün əvvəl axşam saatlarında, küçə aksiyalarının böyük hissəsi başa çatdıqdan sonra nazirlik 448 nəfərin saxlanıldığını bildirmişdi. Daxili İşlər Nazirliyi həmçinin etiraz aksiyalarının aqressiv iştirakçıları ilə polis arasında toqquşmaların Bordo, Lion, Tuluza və Paris şəhərlərində baş verdiyini açıqlayıb.

Fransada etiraz aksiyaları davam edir və onlara artıq onlarla şəhərdən 250 mindən çox insan qatılıb. Ümumi Əmək Konfederasiyası həmkarlar ittifaqının baş katibi Sofi Bine Parisdə yürüş başlamazdan əvvəl bütün əmək haqlarının artırılmasını, yaşayış xərclərinin yüksək olmasına qarşı tədbirlərin görülməsini, eləcə də dövlət xidmətlərinin resurslarla təmin edilməsini tələb edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti