Azərbaycanın tamblinq üzrə milli komandası üçqat dünya çempionu olub

İdman Xəbər 6 Noyabr 2026 17:04 (UTC +04:00)
Azərbaycanın tamblinq üzrə milli komandası üçqat dünya çempionu olub

Bakı. Trend:

Tamblinq üzrə milli komandamız 4–8 noyabr tarixlərində Çinin Nankin şəhərində keçirilən Dünya çempionatında qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Aleksey Karataşovdan ibarət komandamız final mərhələsində inamlı çıxış edərək Dünya çempionu titulunu qoruyub.

Beləliklə, təmsilçilərimiz üçqat Dünya çempionu adına layiq görülüblər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti