Fransada daha 4 sərnişin təyyarəsi məcburi eniş edib

Dünya xəbərləri Xəbər 6 Noyabr 2026 16:32 (UTC +04:00)
Fransada daha 4 sərnişin təyyarəsi məcburi eniş edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Fransada bomba təhlükəsi ilə bağlı məlumatlardan sonra dörd sərnişin təyyarəsi məcburi qaydada təcili eniş etməli olub.

Bu barədə Agence France-Presse (AFP) agentliyi Fransanın Baş naziri Sebastyan Lekornunun ofisinə istinadən məlumat yayıb.

Bildirilib ki, üç təyyarə Parisin Orli hava limanında, dördüncü təyyarə isə Bordoda eniş edib. Bütün enişlər insidentsiz başa çatıb. Hazırda təyyarələr mühəndis-istehkamçı qrup tərəfindən yoxlanılır.

“Bütün Avropanı əhatə edən bu təhdidlərin mənbəyini müəyyənləşdirmək məqsədilə araşdırma aparılır”, - deyə Lekornunun ofisindən bildirilib.

Cümə axşamı günü Avropanın müxtəlif ölkələrində ondan çox sərnişin reysi göyərtədə partlayıcı qurğuların olması ilə bağlı təhdidlər səbəbindən məcburi qaydada təcili eniş etməli olub. İlkin məlumatlara görə, indiyədək aparılan bütün yoxlamalar hər hansı təhlükənin olmadığını göstərib.

Fransada İrlandiyanın “Aer Lingus” aviaşirkətinə məxsus, Dublindən Romaya uçan təyyarə hərbi aviabazada eniş edib. Təyyarəni Fransa Hərbi-Kosmik Qüvvələrinin qırıcıları Evre kommunası yaxınlığındakı aviabazaya qədər müşayiət edib.

Bununla yanaşı, axşam saatlarında həmin təyyarənin pilotu barəsində araşdırmaya başlanıldığı məlum olub. Buna səbəb pilotun əvvəlcə dispetçerlərin təyyarəni hərbi bazada endirmək barədə göstərişinə əməl etməkdən imtina etməsi və mülki hava limanında eniş üçün icazə istəməsi olub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti