Sülhdən danışan İrəvan daha 2 min raket alır

Gündəm Xəbər 6 Noyabr 2026 17:05 (UTC +04:00)
Sülhdən danışan İrəvan daha 2 min raket alır
Trend-in siyasət şöbəsi
Trend-in siyasət şöbəsi
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın Hindistandan 2 min ədəd idarəolunan “Pinaka” reaktiv raketi alacaq.

Hindistanın müdafiə sənayesi üzrə ixtisaslaşmış IDRW portalının məlumatına görə, 2 min raketlik sifarişin ilin sonunadək rəsmiləşdirilməsi gözlənilir. Raketləri istehsal edən Apollo Micro Systems şirkətinin rəhbərliyinin investorlarla görüşdə bunu açıqlayıb. Sifarişin üç istehsalçı şirkətin iştirakı ilə həyata keçirilməsi nəzərdə tutulur.

Bu silahların hədəfləri 75 kilometrədək məsafədən vurmaq imkanına malik olduğu qeyd edilir.

Məlumata əsasən, “Pinaka” sisteminin idarəolunan raketləri inertial naviqasiya və peyk korreksiyasından istifadə etməklə hədəfə yüksək dəqiqliklə zərbə endirmək üçün hazırlanıb.

Qeyd edək ki, Ermənistan Hindistanla hərbi-texniki əməkdaşlığını son illərdə genişləndirir. 2022-ci ildə İrəvan Hindistanla dörd “Pinaka” yaylım atəşli reaktiv sistem batareyası, raketlər, tank əleyhinə silahlar və digər hərbi avadanlıqların alınmasını nəzərdə tutan müqavilə imzalayıb. 2026-cı il yanvarın 19-da Hindistan müdafiə naziri Racnat Sinq Ermənistan üçün ilk idarəolunan “Pinaka” raketlərinin ixrac partiyasını yola salıb.

Ermənistanın yeni raket sifarişi ilə bağlı məlumat Cənubi Qafqazda normallaşma prosesinin getdiyi vaxta təsadüf edir. Sülh şüarları altında hərbi silahlanma proseslərini sürətləndirən Ermənistan rəhbərliyi Azərbaycanla sülh sazişi üçün əsas maneə olan ölkə Konstitusiyasındakı istinadı da sənəddən çıxarmağa tələsmir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti