Bakı.Trend:
Almaniya kansleri Fridrix Merts ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb.
"Handelsblatt" nəşrinin yazdığına görə, bu barədə Almaniya hökumətinin nümayəndəsi Ştefan Kornelius məlumat verib.
Telefon danışığı ötən gecə baş tutub. Korneliusun sözlərinə görə, tərəflər Ukraynadakı münaqişənin mümkün qədər tez başa çatdırılmalı və sülh sazişinin NATO tərəfdaşları tərəfindən dəstəklənməli olduğu barədə razılığa gəliblər.
Qeyd edək ki, noyabrın 10-11-də ABŞ, Ukrayna və Rusiya nümayəndə heyətlərinin Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə üçtərəfli sülh danışıqları aparması planlaşdırılır. "Reuters"in məlumatına görə, müzakirələrdə müharibənin başa çatdırılması, müharibədən sonrakı təhlükəsizlik təminatları, gərginliyin azaldılması və humanitar məsələlər diqqət mərkəzində olacaq.
