İraqda 30-dan çox raket daşıyan üç nəfər saxlanılıb

Dünya xəbərləri Xəbər 6 Noyabr 2026 21:44 (UTC +04:00)
İraqda 30-dan çox raket daşıyan üç nəfər saxlanılıb

Bakı. Trend:

İraqın təhlükəsizlik qüvvələri Bağdad yaxınlığında yük avtomobilində 30-dan çox raket daşıyan üç nəfəri saxlayıb.

Bu barədə “Mawazin News” telekanalı xəbər yayıb.

Mənbələrin məlumatına görə, avtomobildə olan şəxslər Bağdadın ətraf qəsəbələrindən biri olan, ölkənin mərkəzi Bəbil əyalətinə aparan yol üzərində yerləşən Əl-Lətifiyyə ərazisində saxlanılıblar. Ümumilikdə, avtomobildə yerləşdirilmiş 35 raket müsadirə edilib. Mənbələr saxlanılan şəxslərdən odlu silahların da götürüldüyünü bildiriblər.

Hazırda yük avtomobilində aşkar edilmiş raketlərin növü aidiyyəti qurumlar tərəfindən müəyyən edilir. Saxlanılan şəxslərin hansı silahlı qruplaşmaya mənsub olduqlarının və yükün konkret kimə ünvanlandığının müəyyənləşdirilməsi məqsədilə araşdırmaya başlanılıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti