ABŞ İrana qarşı sanksiyalar siyahısına səkkiz Kanada təşkilatını əlavə edib

Dünya xəbərləri Xəbər 7 Noyabr 2026 00:18 (UTC +04:00)
ABŞ İrana qarşı sanksiyalar siyahısına səkkiz Kanada təşkilatını əlavə edib

Bakı. Trend:

ABŞ İranla bağlı sanksiyalar siyahısına Kanadada fəaliyyət göstərən səkkiz təşkilatı daxil edib.

Bununla bağlı bildiriş ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) saytında dərc olunub.

Məlumatlara görə, məhdudiyyətlər valyuta mübadiləsi, pul köçürmələri və kriptovalyuta əməliyyatları sahəsində xidmət göstərən maliyyə təşkilatlarına qarşı tətbiq edilib. Siyahıda yer alan bütün hüquqi şəxslər Kanadada qeydiyyatdan keçib.

Sanksiyalar siyahısına daxil edilmə ABŞ-dakı aktivlərin dondurulmasını, eləcə də Amerika vətəndaşları və şirkətlərinə siyahıda yer alan şəxslər və təşkilatlarla biznes əlaqələri qurmağın qadağan edilməsini nəzərdə tutur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti