“Neftçi” “Kəpəz”ə qalib gəlib - Premyer Liqa

İdman Xəbər 6 Noyabr 2026 22:34 (UTC +04:00)
“Neftçi” “Kəpəz”ə qalib gəlib - Premyer Liqa

Bakı. Trend:

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun daha bir oyunu keçirilib.

Turun ikinci qarşılaşmasında “Neftçi” doğma meydanda “Kəpəz”i qəbul edib.

“Palms Sports Arena”da təşkil olunan görüş Bakı təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qolu 67-ci dəqiqədə Alen Şkribek vurub.

Bu nəticədən sonra “Neftçi” 24 xalla turnir cədvəlinin 1-ci pilləsində, “Kəpəz” isə 17 xalla 5-ci pilləsində qərarlaşıb.

Xatırladaq ki, Vətən müharibəsində qazanılan şanlı Qələbənin 6-cı ildönümü ilə əlaqədar Azərbaycan Premyer Liqasının bu turu “Zəfər turu” elan olunub. Qərara əsasən, noyabrın 6-8-də keçiriləcək bütün oyunlardan əvvəl Azərbaycanın Dövlət Himni səsləndiriləcək.

Qeyd edək ki, turun ilk qarşılaşmasında "Turan Tovuz" səfərdə "Qarabağ"a (1:0) qalib gəlib. "Zəfər turu"na noyabrın 8-də yekun vurulacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti