Bakı. Trend:
Fransa hakimiyyəti noyabrın 7-də ölkə üzrə keçiriləcək etiraz aksiyaları zamanı ictimai asayişin qorunması üçün 70 min polis və jandarm yerləşdirəcək.
Bu barədə ölkənin daxili işlər naziri Loran Nunyes BFMTV telekanalına açıqlamasında bildirib.
Nazirin sözlərinə görə, təhlükəsizlik tədbirləri noyabrın 5-də keçirilən ümumxalq tətili zamanı tətbiq edilən tədbirlərlə eyni olacaq. Xüsusilə yollar və dəmir yolu stansiyalarında yoxlamalar gücləndiriləcək.
Daxili İşlər Nazirliyinin məlumatına görə, noyabrın 5-də keçirilən aksiyalar zamanı 642 nəfər saxlanılıb, 112 nəfər xəsarət alıb. Həmin gün ölkə üzrə 430 etiraz aksiyası keçirilib.
Etirazların dördüncü şənbə günündə həmkarlar ittifaqları əməkhaqqının, iş yerlərinin və sənayenin qorunmasını, eləcə də dövlət xidmətlərinin maliyyələşdirilməsini tələb edirlər.