Fevralın 28-dən bəri Hörmüz boğazında 25 dənizçinin həlak olub - BMT

Dünya xəbərləri Xəbər 7 Noyabr 2026 01:26 (UTC +04:00)

Bakı. Trend:

ABŞ və İran arasında baş verən münaqişə nəticəsində Hörmüz boğazında azı 25 dənizçi həlak olub.

Bu barədə BMT-nin Beynəlxalq Dəniz Təşkilatı (IMO) məlumat yayıb.

Londonda yerləşən BMT-nin ixtisaslaşmış qurumunun məlumatına görə, fevralın 28-dən davam edən münaqişənin sonuncu qurbanı noyabrın 5-də Hörmüz boğazında hücuma məruz qalan “Velos Sapphire” tankerinin dənizçisi olub. Ümumilikdə, fevralın sonundan etibarən regionda kommersiya gəmilərinə hücumların sayı 130-a çatıb, minlərlə dənizçi isə Fars körfəzində blokadada qalıb.

“Davam edən geosiyasi münaqişələr nəticəsində dənizçilər həlak olmaqda və ağır yaralanmaqda, taleyin ümidinə buraxılmaqda, vətənlərinə qayıtmaq imkanından məhrum olmaqda, eləcə də su, ərzaq və tibbi yardım da daxil olmaqla, zəruri ehtiyaclarını ödəməkdə çətinlik çəkməkdə davam edirlər”, – deyə IMO-nun baş katibi Arsênio Dominqes bildirib.

Xəbər lenti

Xəbər lenti