Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp ölkədə aralıq seçkilərində hakim Respublikaçılar Partiyasının məğlubiyyətindən sonra, o cümlədən işdən çıxarılmaları nəzərdə tutan kadr dəyişikliklərinin olacağını bildirib.
Bu barədə ABŞ prezidenti Donald Tramp "CBS" telekanalına müsahibəsində deyib.
Vaşinqton administrasiyasının əməkdaşlarından hər hansı birini işdən çıxarmağı planlaşdırıb-planlaşdırmadığı barədə suala cavab verən Tramp “Bəli, bir qədər”, – deyə bildirib.
“Mən kabinetimi sevirəm. Hesab edirəm ki, o, yaxşıdır. Lakin ola bilsin ki, bir neçə dəyişiklik edim”, – deyə o, əlavə edib və bununla bağlı təfərrüatları açıqlamaqdan imtina edib.
Tramp, həmçinin ABŞ-ın müharibə naziri Pit Heqsetə etimadının əvvəlki kimi qaldığını vurğulayıb.