Yaponiya kibertəhlükəsizliyin gücləndirilməsinə 63 milyon dollar ayıracaq

Dünya xəbərləri Xəbər 7 Noyabr 2026 07:01 (UTC +04:00)
Yaponiya kibertəhlükəsizliyin gücləndirilməsinə 63 milyon dollar ayıracaq

Bakı. Trend:

Yaponiya hökuməti son həftələrdə ölkənin şirkət və dövlət qurumlarına qarşı kiberhücumların artması fonunda kibertəhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün büdcənin ehtiyat fondundan 10 milyard yen (təxminən 63 milyon dollar) vəsait ayrılması barədə qərar qəbul edib.

Bu barədə "Kyodo" agentliyi məlumat verib.

Məlumata əsasən, müvafiq qərar oktyabrın 6-da keçirilən iclasda qəbul olunub.

Baş nazir Sanae Takaiçi süni intellektdən istifadə etməklə kibertəhlükəsizliyin əsas mexanizmlərinin gücləndirilməsi, məlumatların toplanması və təhlili, kiberhücumlara qarşı strateji cavab tədbirlərinin hazırlanması, eləcə də zərər çəkmiş şirkətlərə dəstək göstərilməsi ilə bağlı tapşırıqlar verib.

Bundan əlavə, haker hücumlarına qarşı mübarizə aparmaq məqsədilə dövlət və özəl sektor nümayəndələrindən ibarət xüsusi qrupun yaradılması qərara alınıb. Qrup informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən xarici şirkətlər, eləcə də süni intellekt modellərinin hazırlayıcıları ilə əməkdaşlıq edəcək.

Qeyd edək ki, bu hücumlar nəticəsində on milyonlarla insanın şəxsi məlumatları sızıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti