Los-Ancelesdə avtomobil səkiyə çıxaraq səkkiz piyadanı vurub

Dünya xəbərləri Xəbər 8 Noyabr 2026 07:42 (UTC +04:00)
Müzəffər İbrahimov
Müzəffər İbrahimov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində avtomobilin səkiyə çıxması nəticəsində səkkiz piyada xəsarət alıb.

Bu barədə şəhərin yanğınsöndürmə xidməti məlumat yayıb.

Məlumata görə, hadisə şəhərin Arlinqton-Hayts rayonunda, Vaşinqton bulvarında qeydə alınıb. Hadisə yerinə gələn tibb işçiləri ümumilikdə 10 nəfəri müayinə edib. Onlardan səkkizi müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb. Yaralılar arasında üç yaşlı uşaq da var.

İlkin araşdırmalara əsasən, sedan markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil əvvəlcə park edilmiş nəqliyyat vasitəsinə çırpılıb, daha sonra mağazanın girişinə yaxın ərazidə səkiyə çıxaraq piyadaları vurub.

Şahidlər hadisə zamanı iki nəfərin avtomobilin altında qaldığını bildiriblər. Onların hazırkı vəziyyəti barədə məlumat açıqlanmayıb.

Sürücü təhlükəli avtomobil idarə etməkdə şübhəli bilinərək saxlanılıb. Hüquq-mühafizə orqanlarının ilkin qiymətləndirməsinə görə, hadisənin səbəbi sürücünün alkoqol və ya narkotik vasitələrin təsiri altında olması ilə bağlı deyil.

Sürücü isə avtomobilin əyləc sistemində nasazlıq yarandığını iddia edib.

Hadisə ilə bağlı araşdırma davam edir.

Xəbər lenti

Xəbər lenti