Bakı. Trend:
"Barselona" yarımmüdafiəçi Mark Bernalın müqaviləsinin müddətini artıracaq.
La Liqa nəhəngi artıq ispaniyalı futbolçu ilə razılıq əldə edib. Bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.
19 yaşlı dayaq yarımmüdafiəçisi ilə 2031-ci ilin yayına kimi nəzərdə tutulan sözləşmə imzalanacaq. Yeni anlaşdma gənc oyunçunun sərbəstqalma məbləği 500 milyon avro olacaq.
Qeyd edək ki, Mark Bernal "Barselona"nın yetirməsidir. İspaniya U-21 millisinin üzvü cari mövsümdə Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 13 rəsmi matçda 2 məhsuldar ötürmə ilə yadda qalıb.