İran gərginliyin qarşısının alınmasının vacibliyini qeyd edir – Əraqçi

Dünya xəbərləri Xəbər 7 Noyabr 2026 11:26 (UTC +04:00)
İran gərginliyin qarşısının alınmasının vacibliyini qeyd edir – Əraqçi
Elnur Bağışov
Elnur Bağışov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

İran gərginliyin genişlənməsinin qarşısının alınmasında ölkələrin suverenliyinə hörmətlə yanaşaılması, region ölkələrinin önəmi, xarici müdaxilələrdən çəkinməyin və təcavüz və hədənin dayandırılmasının vacibliyini qeyd edir.

Bu barədə İran xarici işlər naziri Seyid Abbas Əraqçi “Instagram” hesabındakı paylaşımda qeyd edib.

İranlı nazir əlavə edib ki, ötən 48 saat ərzində 12 region ölkəsindən həmkarı ilə ayrı-ayrılıqda telefon söhbətlərində regional və beynəlxalq son prosesləri, ABŞ və İsrailin addımlarının nəticələri haqda fikir mübadiləsi aparıb.

“Telefon söhbətlərində İranın öz suverenliyi və təhlükəsizliyini müdafiə etməsinin qanuni haqqı olduğu və regiondan kənar güclərin müdaxiləsi olmadan regional təhlükəsizlik tədbirlərinin formalaşmasının vacibliyi qeyd olunub”, -deyə o bildirib.

Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb. Konflikt nəticəsində Hörmüz boğazında dəniz ticarəti iflic vəziyyətə düşüb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti