Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək

Cəmiyyət Xəbər 7 Noyabr 2026 13:04 (UTC +04:00)
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək

Bakı. Trend:

"Bakı Metropliteni" QSC-də 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü ilə əlaqədar 7–10 noyabr tarixlərində iş rejimi dəyişdiriləcək.

Bu barədə səhmdar cəmiyyətindən bildirilib.

Məlumata əsasən, qatarların hərəkəti qeyd edilən tarixlərdə istirahət günlərinin qrafikinə uyğun təşkil ediləcək; "İçərişəhər", "Sahil" və "28 May" stansiyalarında əlavə işçi qüvvəsi ayrılacaq, nəzarət gücləndiriləcək; "İçərişəhər–Həzi Aslanov" və əksinə istiqamətdə pik saatlarda qatarlararası interval 2 dəqiqə 30 saniyə – 3 dəqiqə aralığında olacaq; ehtiyac yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq.

"Bənövşəyi" xətdə hərəkət bazar günü qrafikinə uyğun təşkil ediləcək, "Yaşıl" xətdə isə mövcud qrafik saxlanılacaq.

Xəbər lenti

Xəbər lenti