Bakı. Trend:
“McLaren” komandasının britaniyalı pilotu Lando Norris 2026-cı il Formula 1 Dünya Çempionatının 20-ci mərhələsi olan Braziliya Qran-Prisinin sıralanma turunda birinci yeri tutub.
Yarış San-Pauluda keçirilir.
İlk üçlükdə, həmçinin “Mercedes” komandasının iki pilotu yer alıb. Britaniyalı Corc Rassel ikinci, italiyalı Kimi Antonelli isə üçüncü olub.
Qeyd edək ki, əsas yarış bazar günü keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
