Albaniyada hökumət əleyhinə etirazçılarla polis arasında toqquşma baş verib

Dünya xəbərləri Xəbər 8 Noyabr 2026 04:32 (UTC +04:00)
Müzəffər İbrahimov
Müzəffər İbrahimov
Bütün xəbərlər

Bakı. Trend:

Albaniyanın paytaxtı Tiranada Baş nazir Edi Ramanın iqamətgahı yaxınlığında hökumət əleyhinə etirazçılarla polis arasında toqquşma baş verib.

Baş nazirin istefasını tələb edən etirazçılar polis əməkdaşlarına Molotov kokteylləri və səki daşları atıblar. Polis isə su şırnaqlarından və digər xüsusi vasitələrdən istifadə edib.

Daha əvvəl Tiranada tələbə etirazçılar gündəlik aksiyaları həftədə iki dəfə – çərşənbə və şənbə günləri keçirmək qərarına gəldiklərini açıqlayıblar.

Tiranada vəziyyət oktyabrın 13-də Təhsil Nazirliyinin qarşısında tələbələrin keçirdiyi etiraz aksiyasından sonra gərginləşib. Bundan sonra Albaniya paytaxtında polis və etirazçılar arasında dəfələrlə toqquşmalar baş verib.

İğtişaşlardan əvvəl şəhərdə Albaniyanın Adriatik dənizi sahilində yerləşən Vjosa-Narta təbiət qoruğunda hökumətin irəli sürdüyü kurort tikintisi layihəsinə qarşı 130 gündən artıq müddətdə fasiləsiz hökumət əleyhinə mitinqlər keçirilib.

Xəbər lenti

Xəbər lenti