Bakı. Trend:
“PAŞA Holding” və “Bravo” supermarketlər şəbəkəsi “Vətən
əmanətlərin keşiyindədir” layihəsi çərçivəsində Zəfər Günü
münasibətilə şəhid ailələrinə bayram sovqatları təqdim edib.
“PAŞA Holding” 2023-cü ildən etibarən 44 günlük Vətən Müharibəsində
şəhid olan qəhrəmanlarımızın 18 yaşadək övladları üçün sosial
dəstək proqramı həyata keçirir. Proqram çərçivəsində Yeni il,
Novruz, Qurban, Ramazan bayramları və Zəfər Günü münasibətilə şəhid
övladlarına “PAŞA Holding” və “Bravo” supermarketlər şəbəkəsi
tərəfindən bayram sovqatları təqdim olunur.
Zəfər Günü münasibətilə nəzərdə tutulan sovqatlar noyabr ayının
əvvəlindən etibarən “Bravo” supermarketlər şəbəkəsi tərəfindən
“Regional İnkişaf” İctimai Birliyinin könüllülərinin dəstəyi ilə
şəhid ailələrinə çatdırılır. Bayram sovqatlarına müxtəlif ərzaq
məhsulları daxildir.
Qeyd edək ki, 2024-cü ildən etibarən layihəyə antiterror tədbirləri
zamanı şəhid olan şəxslərin övladları da daxil edilib. Hazırda
proqram 44 günlük Vətən Müharibəsində, zəfərdən sonra baş vermiş
sentyabr təxribatları və antiterror tədbirləri zamanı şəhid olmuş
şəxslərin ümumilikdə 1000-dən çox ailəsini, 2000-dən artıq övladını
əhatə edir.
Xatırladaq ki, proqram çərçivəsində həmçinin təhsil və səhiyyə sahələri üzrə dəstək tədbirləri də həyata keçirilir.