Günəşdə partlayış qeydə alınıb

Dünya xəbərləri Xəbər 8 Noyabr 2026 02:58 (UTC +04:00)
Günəşdə partlayış qeydə alınıb
Müzəffər İbrahimov
Müzəffər İbrahimov
Bütün xəbərlər

Bakı. Trend:

Günəşdə ikinci M sinifli partlayış qeydə alınıb.

Noyabrın 7-də Bakı vaxtı ilə saat 21:17-də 4566 nömrəli Günəş ləkələri qrupunda (S07E10) rentgen diapazonunda 13 dəqiqə davam edən M1.4 sinifli alovlanma baş verib.

Bundan əvvəl, şənbə günü M1.2 sinifli Günəş partlayışı da qeydə alınıb.

Beləliklə, iki gündən az müddətdə Günəşdə baş verən alovlanmaların sayı 35-ə çatıb.

Qeyd edək ki, Günəş alovlanmaları yaydıqları rentgen şüalanmasının gücünə görə beş sinfə bölünür: A, B, C, M və X.

Ən aşağı sinif olan A0.0 Yer orbitində hər kvadratmetrə 10 nanovat gücündə şüalanmaya uyğundur. Hər növbəti sinfə keçdikdə şüalanmanın gücü 10 dəfə artır.

Xəbər lenti

Xəbər lenti