Türkiyədə mikroavtobusla yük maşınının toqquşması nəticəsində 9 nəfər ölüb

Dünya xəbərləri Xəbər 8 Noyabr 2026 01:16 (UTC +04:00)
Müzəffər İbrahimov
Müzəffər İbrahimov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin cənub-şərqində yerləşən Van vilayətində baş verən yol qəzasında azı 9 nəfər ölüb, 5 nəfər yaralanıb.

Bu barədə vilayətin valisi Ozan Balcı məlumat verib.

Onun sözlərinə görə, qəza şənbə günü yağışdan qısa müddət sonra Van-Özalp magistralında mikroavtobusun yük maşını ilə toqquşması nəticəsində baş verib.

“İlkin məlumatlara görə, qəzada 9 vətəndaşımız həlak olub. Onlardan 5-i qadındır. Daha 5 nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib”, – deyə vali bildirib.

Qəzanın başvermə səbəbləri araşdırılır.

Xəbər lenti

Xəbər lenti