MHP Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib (FOTO/VİDEO)

Siyasət Xəbər 8 Noyabr 2026 13:04 (UTC +04:00)
MHP Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib (FOTO/VİDEO)
Aysel Məmmədli
Aysel Məmmədli
Redaktor Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Milliyyətçi Hərəkat Partiyası (MHP) Azərbaycanı 8 Noyabr Zəfər Günü münasibəti ilə təbrik edib.

Bu barədə MHP-nin sosial şəbəkə hesablarında paylaşım edilib.

"8 noyabr 2020-ci il Qarabağ Zəfəri mübarək olsun. Qarabağ Zəfərinin 6-cı ildönümündə əziz şəhidlərimizi rəhmətlə yad edir, qazilərimizə minnətdarlığımızı bildiririk" - deyə paylaşımda qeyd olunub.

"8 Noyabr Azərbaycan Zəfər Günü mübarək olsun" başlığı ilə edilən videolu paylaşımda isə MHP rəhbəri Dövlət Baxçalının "Qarabağ Türkdür, Qarabağ azaddır, Qarabağ Azərbaycandır. Qarabağ Türkün poladdan biləyidir. İki dövlət, bir millətik. İki ayrı bədəndə eyni canıq. Biz Türk millətiyik" sözlərinə yer verilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti