Bakı. Trend:
“Aston Villa”nın qapıçısı Zion Suzuki İngiltərə Premyer Liqasında klubunu dəyişə bilər.
“Liverpul” yaponiyalı qapıçını transfer etmək istəyir.
Mersisayd təmsilçisi Suzukini mövsümün sonunda müqaviləsi başa çatacaq Alisson Bekerin əvəzləyicisi kimi nəzərdən keçirir.
24 yaşlı qapıçı ilə PSJ, “Arsenal” və “Real” da yaxından maraqlanır.
Qeyd edək ki, “Aston Villa” Zion Suzukini mövsümün əvvəlində “Parma”dan 30 milyon avroya transfer edib. Yaponiya millisinin üzvü cari mövsümdə Premyer Liqada 8 oyunda meydana çıxıb və qapısında 9 qol görüb.
