Bu gün Misli Premyer Liqasında 11-ci tura yekun vurulacaq

İdman Xəbər 8 Noyabr 2026 08:21 (UTC +04:00)
Müzəffər İbrahimov
Müzəffər İbrahimov
Bütün xəbərlər

Bakı. Trend:

Misli Premyer Liqasının 11-ci turunda son iki görüş baş tutacaq.

Oyun cədvəlinə əsasən, günün ilk matçında "İmişli" doğma meydanda "Sumqayıt"ı qəbul edəcək.

"İmişli" 10 xalla turnir cədvəlində 8-ci pillədə qərarlaşıb. 9 xala malik "Sumqayıt" isə doqquzuncudur.

Turun son matçında isə "Şamaxı" səfərdə "Sabah"ın qonağı olacaq.

"Sabah" 20 xalla üçüncü yerdədir. 13 xalı olan "Şamaxı" isə 13-cüdür.

Xəbər lenti

Xəbər lenti