Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur

Siyasət Xəbər 8 Noyabr 2026 16:10 (UTC +04:00)
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur
Emin Əliyev
Emin Əliyev
Bütün xəbərlər

Şuşa. Trend:

44 günlük Vətən müharibəsi Türkiyə-Azərbaycan birliyini bir daha göstərdi.

Trend-in xüsusi müxbiri xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında səsləndirib.

Müharibədən sonra Şuşada tarixi Şuşa Bəyannaməsinin imzalandığını xatırladan dövlətimizin başçısı qeyd edib: “Bu, bizim əlaqələrimizi rəsmən müttəfiqlik səviyyəsinə qaldırmışdır. Halbuki onsuz da biz hər zaman müttəfiq idik. Türkiyə və Azərbaycan xalqları qardaş xalqlardır və dəfələrlə demişəm ki, dünyada bizim qədər bir-birinə bağlı olan xalqlar da yoxdur, dövlətlər də yoxdur”

Xəbər lenti

Xəbər lenti