Xocalıya qayıdışım Qələbənin ən gözəl nümunəsidir – Kənan Hümbətov

Cəmiyyət Xəbər 8 Noyabr 2026 14:13 (UTC +04:00)
Xocalıya qayıdışım Qələbənin ən gözəl nümunəsidir – Kənan Hümbətov
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

44 günlük Vətən müharibəsində Qələbə xəbərini ailəmlə birlikdə televizor qarşısında eşitdim. Bu, mənim üçün dünyada ən gözəl xəbərlərdən biri idi.

Bunu Trend-ə açıqlamasında Xocalı rayonunun Kosalar kənd sakini Kənan Hümbətov deyib.

O bildirib ki, Prezident İlham Əliyevin çıxışını ailəsi ilə birlikdə izləyərkən böyük sevinc hissi yaşayıb:

“Mən həmin vaxt evdə idim, ailəmlə bir yerdə televizorun qarşısında Prezident İlham Əliyevin çıxışına qulaq asırdım. Elə orada da Qələbə xəbərini eşitdik. Mənim üçün bundan gözəl xəbər ola bilməzdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Allah Prezidentimizi qorusun!”

K.Hümbətov qeyd edib ki, artıq iki ildir doğma Xocalı rayonunun Kosalar kəndində yaşayır:

“Bu gün doğma Qarabağımızda yaşamaq həmin Qələbənin ən gözəl nümunələrindən biridir”.

Xatırladaq ki, 27 sentyabr 2020-ci ildə başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın Qələbəsi ilə başa çatıb. 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad olunması Azərbaycanın Vətən müharibəsində tarixi Qələbəsinin mühüm hadisələrindən biri olub. 2020-ci il dekabrın 3-də Prezident İlham Əliyevin imzaladığı Sərəncamla noyabrın 8-i Azərbaycanda Zəfər Günü elan edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti