Bakı.Trend:
Türkiyənin sabiq xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib.
O, bu barədə "X" sosial media hesabında paylaşım edib.
M.Çavuşoğlu paylaşımında Azərbaycanın Qarabağı işğaldan azad edərək tarixi dastan yazdığını bildirib və şanlı qələbənin altıncı ildönümünü təbrik edib.
“Bu böyük Zəfərin qəhrəmanlarını hörmət və minnətdarlıqla salamlayır, əziz şəhidlərimizi rəhmətlə anırıq. Zəfərlərin daim olsun, şanlı bayrağın azad edilmiş torpaqlarda əbədi dalğalansın, can Azərbaycan!”, – deyə o, paylaşımında bildirib.
