Bakı. Trend:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik paylaşımı edib.
O, bu barədə "X" sosial media hesabında paylaşım edib.
R.T. Ərdoğan Qarabağın 30 illik işğaldan azad edilməsinin 6-cı ildönümünü və Azərbaycanın Zəfər Gününü ən səmimi duyğularla təbrik etdiyini bildirib.
Türkiyə Prezidenti Vətən uğrunda canından keçən bütün şəhidlərin xatirəsini ehtiramla yad edib.
