Bakı. Trend:
“Maklaren” komandasının pilotu, britaniyalı Lando Norris Formula 1 üzrə Braziliya Qran-prisinin qalibi olub.
Yarışlar Braziliyanın San-Paulu şəhərində keçirilib.
İkinci yeri dördqat dünya çempionu, niderlandlı Maks Ferstappen (“Red Bull”) tutub. Onun komanda yoldaşı, fransalı İsak Həcar isə finiş xəttini üçüncü keçib.