Berlində Brandenburq darvazası önündə Zəfər Günü qeyd olunub

Cəmiyyət Xəbər 8 Noyabr 2026 17:49 (UTC +04:00)
Berlində Brandenburq darvazası önündə Zəfər Günü qeyd olunub

Bakı. Trend:

Almaniyanın paytaxtı Berlində 8 Noyabr – Zəfər Gününün 6-cı ildönümü münasibətilə azərbaycanlı həkimlər və soydaşlarımız Brandenburq darvazası önündə bir araya gəliblər.

Trend xəbər verir ki, tədbirdə 20-ci Azərbaycan–Almaniya Tibb Günlərinin iştirakçıları, Azərbaycandan gələn və Almaniyada fəaliyyət göstərən həkimlər iştirak ediblər.

İştirakçılar Azərbaycan bayraqlarını dalğalandıraraq Vətən müharibəsində qazanılmış tarixi Qələbənin ildönümünü qeyd edib, milli birlik və həmrəylik nümayiş etdiriblər.

Qeyd edək ki, 20-ci Azərbaycan–Almaniya Tibb Günləri noyabrın 7-8-də Berlində keçirilib. Tədbirdə hər iki ölkədən tibb mütəxəssisləri iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti