Türkiyə Prezidenti Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırıb

Siyasət Xəbər 8 Noyabr 2026 17:08 (UTC +04:00)
Türkiyə Prezidenti Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırıb
Emin Əliyev
Emin Əliyev
Bütün xəbərlər

Şuşa. Trend:

Azərbaycanın işğaldan azad edilmiş torpaqlarının bərpası və inkişafı istiqamətindəki səylər Türkiyədə diqqətlə izlənilir. Qarabağın irsinin bərpası xalqın gələcəyə inamının parlaq sübutudur.

Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqların yekunlarına dair mətbuata bəyanatında deyib.

Türkiyə lideri Ankaranın Azərbaycan torpaqlarının bərpası prosesinə imkanları daxilində töhfə verməyi davam etdirəcəyini vurğulayıb. O, Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırıb.

Xəbər lenti

Xəbər lenti