Bakı. Trend:
Qahirənin cənubunda iki sərnişin qatarının toqquşması nəticəsində 64 nəfər xəsarət alıb.
Misirin Səhiyyə Nazirliyindən bildirilib ki, bütün zərərçəkənlərə tibbi yardım göstərilib.
“Misirin səhiyyə naziri Xalid Əbdül Qaffar sərnişin qatarının bir neçə vaqonunun aşması nəticəsində xəsarət alanlara tibbi yardım göstərilməsi məsələsini şəxsi nəzarətinə götürüb. Hadisə nəticəsində 64 nəfər xəsarət alıb və onların hamısı xəstəxanaya yerləşdirilib”, – deyə Misir Səhiyyə Nazirliyinin press-relizində qeyd olunub.
Nazirlik əlavə edib ki, Əbdül Qaffar qəzanın baş verdiyi Əl-Giza əyalətində və qonşu Bəni-Süveyf əyalətindəki tibb müəssisələrinin gücləndirilmiş iş rejiminə keçirilməsi barədə göstəriş verib.