Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib (FOTO)

Siyasət Xəbər 8 Noyabr 2026 20:40 (UTC +04:00)
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib (FOTO)
Emin Əliyev
Emin Əliyev
Bütün xəbərlər

Xankəndi. Trend:

Noyabrın 8-də Xankəndidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib.

Bu barədə Trend-in xüsusi müxbiri xəbər verir.

Ziyafətdə konsert proqramı təqdim olunub.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, ailə üzvləri, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan incəsənət xadimləri, həmçinin Vətən Müharibəsi qəhrəmanları, “Qarabağ” və “Zəfər” ordenləri ilə təltif edilmiş hərbi qulluqçularla görüşüb, foto çəkdiriblər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti