Bakı. Trend:
ABŞ-nin dövlət katibi Marko Rubio Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı qarşıdakı danışıqlarda irəliləyiş əldə oluna biləcəyini bildirib.
Bu barədə Marko Rubio jurnalistlərə deyib.
“Bəlkə də sabah Əbu-Dabidə Cared və Stiv orada olarkən müəyyən irəliləyişə nail olmaq mümkün olacaq”, – deyə dövlət katibi bildirib.
O qeyd edib ki, Ukrayna və Avropa üçün təhlükəsizlik zəmanətləri məsələsinin müzakirəsinə başlamaq üçün “münaqişəni aradan qaldırmaq lazımdır”.
“Rusiya-Ukrayna münasibətləri barədə danışdığımız bütün müddət ərzində təhlükəsizlik zəmanətlərinə ehtiyac məsələsi daim gündəmə gətirilib. Müharibədən sonrakı dövrdə Ukraynanın, daha geniş mənada isə Avropa qitəsinin təhlükəsizlik infrastrukturu necə olacaq?”, – deyə Rubio bildirib.