Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatların eskalasiyasına can atmadığını bildirib.
Bu barədə Donald Tramp "CBS News" telekanalına müsahibəsində bildirib.
“Mən buna can atmıram. Bunun üçün hər hansı bir səbəb olduğunu düşünmürəm”, – deyə ABŞ prezidenti noyabrın 3-də Birləşmiş Ştatlarda keçirilən aralıq seçkilərdən sonra İrana qarşı hərbi əməliyyatları genişləndirmək niyyətində olub-olmadığı barədə suala cavabında bildirib.
Aparıcı ona İranın əlində zənginləşdirilmiş uranın qaldığını xatırladıb. “Bu, minlərlə ton qaya süxurunun altında basdırılıb”, – deyə Tramp ABŞ-ın İranın nüvə obyektlərinə endirdiyi zərbələrin nəticələrini nəzərdə tutaraq cavab verib.