Bakı.Trend:
ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahuya Qəzza zolağı ilə bağlı sülh planının icrasına başlamaq çağırışı edib.
Bu barədə "Axios" nəşri məlumat yayıb.
Qeyd olunub ki, plan HƏMAS hərəkatının tərksilah edilməsini, Qəzza zolağının demilitarizasiyasını və anklavın idarəçiliyinin yeni Fələstin texnokrat hökumətinə təhvil verilməsini nəzərdə tutur.
Məqalədə bildirilib ki, İsraildə keçirilən seçkilərin seçkiqabağı kampaniyaya təsir göstərməməsi üçün planın irəlilədilməsi prosesi bir neçə ay müddətinə dayandırılıb.
Nəşrin mənbələrinin məlumatına görə, Ağ Ev hazırda təşəbbüsün İsrail hökumətinə kimin rəhbərlik etməsindən (Netanyahu, yoxsa müxalifət nümayəndəsindən) asılı olmayaraq həyata keçirilməsini planlaşdırır.
Oktyabrın 29-da məlum olub ki, Baş nazir Netanyahunun rəhbərlik etdiyi “Likud” partiyasının başçılıq etdiyi hakim koalisiya Knessetə (parlament) seçkilərin nəticələrinə əsasən, səslərin 100 faizi hesablandıqdan sonra liderliyini qoruyub. Koalisiya parlamentdəki 120 yerdən 53-nü əldə edəcək. Bu isə siyasi birliyin parlament çoxluğunu qazana bilmədiyini göstərir.
