Ayağı zədəli olsa da, könüllü cəbhəyə yollandı - Şəhid qohumu

Cəmiyyət Xəbər 9 Noyabr 2026 09:03 (UTC +04:00)
Ayağı zədəli olsa da, könüllü cəbhəyə yollandı - Şəhid qohumu
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

Cavid mərd, fədakar uşaq idi. Ayağı zədəli olsa da, könüllü olaraq cəbhəyə getdi. Ona bir qədər gözləməyi, ayağının tam sağalmasını məsləhət gördük. Amma o, qərarından dönmədi, «Mən özüm gedirəm», – dedi.

Bunu Trend-ə açıqlamasında Vətən müharibəsi şəhidi, əsgər Cavid Cabbarzadənin bibisi Sevda Eyvazova deyib.

Onun sözlərinə görə, Cavid müddətli həqiqi hərbi xidmət zamanı Aprel döyüşlərində də iştirak edib, fədakarlıq göstərib.

“2020-ci il sentyabrın 29-da onu cəbhəyə yola saldıq. Xocavənd istiqamətinə gedirdi. Avqustda ayağındakı gips yenicə çıxarılmışdı. Buna baxmayaraq, könüllü yazılmışdı. Ailəmiz onun bir qədər gözləməsini istəyirdi, amma özü getməkdə israrlı idi”, – deyə şəhidin bibisi bildirib.

Sevda Eyvazova qeyd edib ki, qardaşı oğlu oktyabrın 24-də Füzuli uğrunda döyüşlərdə şəhid olub, noyabrın 5-də dəfn edilib. Şəhid olanda 23 yaşı olan Cavid subay idi.

“Bu il avqustda onun 29 yaşını qeyd etdik. Cavidin son danışığını özüm eşidə bilmədim, həmin vaxt işdə idim. Onu mərdliyi, fədakarlığı ilə xatırlayırıq. Vətən sağ olsun!” – deyə o əlavə edib

Məqalədə:

Xəbər lenti

Xəbər lenti